Home > Tariximiz > Azərbaycan Demokrat Firqəsi

Azərbaycan Demokrat Firqəsi

Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) – 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini çəkməsi nəticəsində dağılmışdır.

Dövlət səviyyəsində görülən işlər

  • Azərbaycan dili rəsmi dil olaraq, məktəblərdə tədris edilmişdir.
  • Təbrizdə Azərbaycan dilində ilk universitet açılmışdır.
  • Qadınlara səs vermək hüququ verilmişdir.
  • Bəylərin torpaqları, kəndlilər arasında bölünmüşdür

 


Azərbaycan Demokratik Firqəsinin bayrağı

 

ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər

3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən:

  1. Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər.
  2. Hər iki hökümətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi.
  3. Lazım olanda hər iki hökümət bir-birlərinə hərbi yardım göstərməli idilər.
  4. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
  5. Azərbaycan Demokrat Firqəsi ərazilərində yaşayan kürd gənclər üçün təhil almaq imkanı yaradılmalı idi. Həmin qərar Mahabad Cümhuriyyətində yaşayan Azərbaycanlılar üçündə qəbul edilmişdir.
  6. İranla aparılan danışıqlar zamanı hər iki hökümətin ümumi razılığı olmalı idi.
  7. Mahabad Cümhuriyyət və Azərbaycan Demokrat Firqəsinə digər bir dövlət tərəfindən hərbi və ya siyasi müdaxilə olardısa, hər iki dövlət eyni maraqları müdafiə edərək, düşmənə qarşı birləşməli idi.

 

 

Categories: Tariximiz
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: