Home > Güney Express > İranın Bəhreyndəki “işi” yarımçıq qalacaq

İranın Bəhreyndəki “işi” yarımçıq qalacaq

İranla ərəb dövlətləri arasında ərazi mübahisəsi günü-gündən dərinləşir.

Lent.az-nı “newsru”ya istinadən məlumatına görə, körfəzdəki ərəb dövlətləri gələcəkdə inteqrasiyanı planlaşdırırlar.

Ehtimal olunur ki, yaxın zamanlarda Səudiyyə Ərəbistanı ilə Bəhreyn və bölgənin daha bir ərəb dövləti arasında daha sıx birlik yarana bilər. Ötən gün körfəzdəki Ərəb dövlətləri əməkdaşlıq Şurasının (şuranın üzvləri – Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və Oman) Ər-Riyadda keçirilən toplantısına Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt və Omanın nazirləri qatılıb. Bəhreynin informasiya naziri Samir rəcəb “Reuters” agentliyinə bildirib ki, sıx inteqrasiya suverenliyin itirilməsi demək deyil. Onun sözlərinə görə, yeni birlik formasının iştirakçıları xarici siyasət, iqtisadiyyat, eləcə də təhlükəsizlik sahələrində fəaliyyətlərini əlaqələndirməyi planlaşdırır.

Körfəzdəki ərəb dövlətlərinin belə sıx yaxınlaşması, İranla ziddiyyətin güclənməsinin göstəricisi də sayıla bilər.

Qeyd edək ki, İslam Respublikasının bu bölgədəki ərəb dövlətləri ilə münasibəti heç də yaxşı səviyyədə deyil. Bu yaxınlarda İran prezidenti Mahmud Əhmədinejadın mübahisəli sayılan Əbu Mussa adasına səfər etməsi də körfəzdəki ərəblər tərəfindən kəskin etirazla qarşılanmışdı. Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirliyi ilə İran arasında mübahisəli ərazilərdəndir. Bu adalar 1971-ci ildə London müqaviləsi ilə İrana verilib.

İranın rəsmi xəbər agentlikləri Səudiyyə Ərəbistanını “Bəhreyni işğalını leqallaşdırmaqda” ittiham edib.

Körfəzdəki ərəb dövlətlərinin toplantısına deputat Hüseynəli Şəhriyari İran parlamentinin iclasında münasibət bildirib. Onun sözlərinə görə, ölkəsinin Xarici İşlər Nazirliyi məsələyə dair ciddi addım atmalıdır: “1961-ci ilədək Bəhreyn İranın 14-cü əyaləti sayılırdı. Məhəmmədrza şahın xəyanəti, parlamentin isə qəbul etdiyi üzdəniraq sənəd bu əyalət müstəqil oldu. Əgər Bəhreyndən söhbət gedirsə, bu ölkə Səudiyyə Ərəbistanına deyil, İrana verilməlidir”.

Məsələyə etiraz olaraq, 190 deputat bəyanat qəbul edib.

Bu bəyanatdan göründüyü kimi Tehranda Bəhreynin yaxın zamanlarda Səudiyyə Ərəbistanının tərkib hissəsi olacağından ehtiyatlanırlar. Bunu isə İslam Respublikasının Bəhreyndəki “işlərinin” yarımçıq qalması kimi də dəyərləndirmək olar. Axı, bir ilə yaxın rəsmi Tehran oradakı etirazları sünni-şiə qarşıdurması kimi də diqqətə çatdırmağa çalışır.

Sədrəddin Soltan

Categories: Güney Express
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: