Home > Azərbaycan Ədəbiyyatı > Azərbaycan mühacirət ədəbiyyatı

Azərbaycan mühacirət ədəbiyyatı

Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat qədər qədim və zəngindir. Hələ orta əsrlərdə Azərbaycanın görkəmli qələm sahibləri Xətib Təbrizi və İmadəddin Nəsimi Vətəndən kənarda yaşayıb-yaratmışlar. XX –XXI əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblər üzündən Vətəndən kənarda yaşamaqlarına baxmayaraq, Azərbaycan ədəbiyyatını inkişaf etdirirlər.

Azərbaycan mühacirət ədəbiyyatının inkişafını 4 mərhələyə ayırmaq olar:

1909-1920

19091910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi. Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibələri Azərbaycanı tərk etməyə məcbur oldular. Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əlibəy HüseynzadəƏhməd bəy Ağaoğlu və Şərq tarixində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) banisi Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropastandartlarına uyğun “İrani-novin” qəzetinin nəşrinə başlamışdı. Bu qəzetdə onun ədəbi məqalələri, şerləri və tərcümələri nəşr olunurdu. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. Ə.Hüseynzadə və Ə. Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı”və “İttihad və tərəqqi” cəmiyyətlərində fəaliyyət götərirdilər.

 

1920-1941

Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan M.Ə.RəsulzadəninM.B.MəmmədzadəninƏ.Yurdsevərin, [[Ə.Topçubaşov]un, Y.V.ÇəmənzəminlininC. HacıbəyovunƏ. CəfəroğlununK.Ödər,H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, daha dəqiq desək 1924-cu ildə M.Ə. Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini yaratdı. Azərbaycan mühacirət ədəbiyyatının demək olar ki, bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Onlar əmin idilər ki, Azrbaycanın müstəqilliyi uğrunda mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır. Mühacirət ədəbiyyatının inkişafında M. Ə.Rəsulzadənin müstəsna rolu vardır. M.B.Məmmədzadə qeyd edir ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi. O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu. 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdilər. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. “Yeni Qafqazya”“Azəri-Türk”“Odlu yurd”“Azərbaycan yurd bilgisi”“Qurtuluş” kimi jurnallar, “Bildiriş”“İstiqlal” və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.

 

1941-1991

Bu mərhələnin başlanğıcı Böyük Vətən Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətən dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan “Azərbaycan” qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar.

 

1991-indiyədək

Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. Seyid Cəfər PişəvəriMəhəmməd BiriyaHəmzə FəthiHökumə BilluriBalaş AzəroğluMədinə GülgünQulamrza Səbri TəbriziQulamhüseyn SaediMəhəmmədəli MahmudHəmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin suqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında “Cənub mövzusu” yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: