Home > Ümumi > Bir güneyli soydaşımızın işğalçı ölkədə görüb-eşitdikləri

Bir güneyli soydaşımızın işğalçı ölkədə görüb-eşitdikləri

Bu ilin aban (oktyabr-noyabr) ayında xidməti ezamiyyətlə iki həftəliyə Ermənistana yollandıq. Biz İrəvandakı “Hrazdan” otelində qalırdıq, amma hər gün Ermənistanın 60 kilometr uzunluğu olan yeganə magistral yolu ilə Göyçə gölünə gedirdik.
Gölün ətrafındakı ən mühüm yaşayış məntəqələri Sevan, Qavar, Martuni, Vardenis (Basarkeçər) və əsasən gölün cənubunda yerləşən bir neçə kiçik kənddən ibarətdir. Gölə irili-xırdalı 28 çay tökülür və ondan Hrazdan adlı bir çay çıxır; həmin çay Hrazdan və İrəvan şəhərlərindən keçərək, Araz çayına tökülür.Ermənistan
Azərbaycan torpağının 22%-ni işğal edən və 1 milyondan artıq müsəlman azərbaycanlını qaçqın salan bu qəsbkar düşmən bir gecəlik çörəyə möhtacdır! İllik gəliri Azərbaycanın gəlirinin 1/10-dən də az olan Ermənistan 18 ildir ki, Azərbaycan torpaqlarını işğalda saxlayırvə ermənilər
Geoloji araşdırmalar üçün nümunələrin götürülməsi məqsədilə həyata keçirilən bu ezamiyyət dövründə bizi müşayiət edən Ermənistan Elmlər Akademiyasının alimləri Ermənistanın İran, Türkiyə, Azərbaycan və s. ölkələrlə münasibətləri barədə mübahisələrdə öz həqiqi mahiyyətlərini (fitri daşnak olmalarını) göstərirdilər. Bu erməni ziyalılarının hamısı (!) təkcə Dağlıq Qarabağı deyil, ona daxil olmayan, lakin işğal etdikləri yeddi Azərbaycan rayonunu (Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Kəlbəcər) da Ermənistanın ayrılmaz hissəsi sayırdılar. Indiyədək Ermənistandan başqa bütün dövlətlərin Qarabağı Ermənistan torpağı bilmədiyi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir şəraitdə bu işğalın davam etməsi necə mümkün olacaq? – sualına onların hamısı istisnasız olaraq, belə cavab verirdi: Dünya ölkələrinin bu məsələyə necə baxdığının qətiyyən əhəmiyyəti yoxdur. Mühüm olan budur ki, əhali (işğalçı ermənilər) Qarabağda normal həyat sürür və Qarabağı Ermənistanın bir parçası bilir.

Bu ziyalılar Türkiyənin şimal-şərq bölgələrini (Qars, Zeytun, Van, Doğu Bayazid, İqdır, Aralıq, Ərzurum və s. şəhərləri) Ermənistan torpağı sayır, Böyük Ağrı və Kiçik Ağrı (Ararat) dağlarını özlərinin simvolu hesab edirlər. Bu üzdən İrəvan şəhərində elə bir küçə yoxdur ki, mağazaların, şirkətlərin, barların, kafelərin üzərində Ararat adına rast gəlməyəsən. Hətta bu ölkənin giriş və çıxış vizasında da Ararat ştampından istifadə olunur. Ermənilərin dediyinə görə, bu dağların qədim adı Masis (Böyük Ağrı) və Sis (Kiçik Ağrı) olmuşdur. İranda sosiska və kolbasa istehsalı ilə məşğul olan Masis erməni şirkətinin adı da buradan götürülmüşdür.
Bu erməni alimləri hamılıqla guya 24 aprel 1915-ci ildə türklər tərəfindən törədilmiş qondarma erməni soyqırımını bəşər tarixinin ən böyük, hətta holokostdan da böyük faciəsi sayır və deyirdilər ki, dünya ictimaiyyəti onu rəsmən tanımalı, Türkiyə dövləti isə buna təəssüfləndiyini bildirib cərimə ödəməlidir!!! Bəs Türkiyənin bu məsələyə münasibəti necədir? – sualının müqabilində onlar Türkiyə höküməti və xalqının ünvanına nalayiq sözlər işlədir və bizi İrəvandakı erməni soyqırımı muzeyinə (!!!) baxmağa dəvət edirdilər, amma vaxtın darlığından biz ora baş çəkə bilmədik. Maraqlıdır ki, maşının sürücüsü erməni dilində Akademiyanın aliminə dedi ki, ASALA terrorçu qrupunun əməllərindən bizə danışsın, amma həmin alim bu barədə bir söz söyləmədi. ASALA (Ermənistan Azadlıq Ordusu) bir erməni terrorçu təşkilatıdır ki, Beyrutda yaradılıb və indiyədək dünyanın müxtəlif ölkələrində Türkiyənin bir neçə səfirini terrora məruz qoyub, Türkiyənin daxilində isə ictimai yerlərdə partlayışlar törətməklə minlərlə günahsız qadın və uşağın ölümünə səbəb olub. Bu təşkilat Ermənistan hökuməti tərəfindən tam və hərtərəfli şəkildə dəstəklənir.
Ezamiyyət günlərinin birində Ermənistanla Kəlbəcər (Azərbaycanın işğal olunmuş rayonu) sərhədinin 2 kilometrliyində yerləşən Zod (Dzod) kəndinə getmişdik. Erməni alimləri bizim qrupdan ayrılıb nümunə götürməyə (çox güman ki, 33 əyarlı (ppm) qızılı ilə dünyanın ən yüksək əyarlı qızıl mədəni olan Kəlbəcər mədənindən) getdilər və bizim Kəlbəcərə daxil olmağımıza (dediklərinə görə, təhlükəsizlik məsələsi ilə əlaqadar olaraq) imkan vermədilər.

Ermənistanın adi adamları alimlərindən də daşnakdırlar!

Orada istirahət günü sayılan bazar günündə İrəvan şəhərini gəzirdik. Bir restoranın qarşısında dönər-kabab gördüm. Satıcıdan (bir xanım idi) soruşdum ki, dönər-kabab neçəyədir. Cavabında çox yaxşı bildiyi İstanbul türkcəsində dedi ki, bu Qars-kababdır! Mən dedim: Qars ki Türkiyədə bir şəhərdir. O isə belə cavab verdi: Qars ermənilərin yaşadığı şəhər olub və Ermənistanın bir parçasıdır, hətta Türkiyədə yerləşsə belə!
İrəvandakı əksər restoranların işçiləri İstanbul türkcəsini bilirlər, amma qalan şəhərlərdə, xüsusən Göyçə gölü ətrafında Azərbaycan türkcəsində yaxşı danışırlar. İstanbul türkcəsini bilənlər əsasən qadınlardır və onlar bir müddət Türkiyədə işləmişlər. Məsələn, onlardan biri əvvəllər 3 il İstanbuldakı bir restoranda çalışıb. Başqa biri 2 il İzmirdə uşaq bağçasında işləyib və sonra Ermənistana qayıdıb. Azərbaycan türkcəsində danışa bilənlərin çoxu əvvəllər Azərbaycan şəhərlərində yaşamış və Qarabağ münaqişəsi başlanandan sonra Ermənistana gəlmiş şəxslərdir. Şəhərdəki mağazaların əksəriyyətində də satıcılar İstanbul türkcəsini bilirlər. Onlardan birinin dediyinə görə, Ermənistanda elə işədüzəltmə mərkəzləri vardır ki, erməni qadınlarını Türkiyəyə işləməyə göndərməklə məşğul olurlar. İrəvan avtovağzalından Tehran-İrəvan marşrutu ilə gündə 1 avtobus yola çıxır və avtobus sürücüsünün dediyinə görə, yaz-yay mövsümündə bunların sayı 4-5-ə çatır. Halbuki Ermənistandan Türkiyəyə gündə 10 avtobus yola düşür. Bütün mağazalar Türkiyə malları ilə doludur. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər olmasa da (əlbəttə, Abdulla Gülün Erəmnistana səfərindən sonra iki ölkə arasında diplomatik ilişkilərin qurulması da mümkündür), nisbətən aşağı və qeyri-rəsmi səviyyədə iqtisadi əlaqələr mövcuddur və bizim (Azərbaycanda və İranda) təsəvvür etdiyimizin əksinə olaraq, Türkiyə Ermənistanın iqtisadi həyatının davam etməsində böyük rola malikdir!!!
Ermənistan Gürcüstanda yaşayan çox kiçik erməni azlığı ondan ayrılmağa təhrik etdiyi üçün bu ölkə ilə o qədər də yaxşı münasibətlərə malik deyil.
Ermənistanla yüksək səviyyəli diplomatik və iqtisadi əlaqələr saxlayan yeganə qonşu dövlət İrandır. İran qazının Ermənistana dünyada ən aşağı qiymətlə verilməsi bu əlaqələrin hansı səviyyədə olduğunun göstəricisidir.
Ermənistanın yeganə işlək sərhəd-gömrük məntəqəsinin İranla sərhəddə (Meqri gömrüyü) olması və s. faktlar da bu iki ölkə arasında çox yaxşı münasibətlərin varlığını təsdiq edir. İrəvandakı İran səfirliyinin yerləşdiyi rayonda əsasən müvəqqəti, yaxud daimi olaraq Ermənistana köçmüş İran erməniləri yaşayırlar. Əslində təkcə İran erməniləri deyil, dünyanın digər ölkələrindəki, xüsusən Fransadakı ermənilər öz yardımları ilə Ermənistanın illik büdcəsinin böyük bir hissəsini (illik büdcənin 30-40 faizini) təmin edirlər. Belə ki, İrəvandakı ictimai iaşə və əyləncə obyektlərinin çoxu İran, Fransa və digər ölkələrin erməniləri tərəfindən qurulmuşdur! (Kaş bu milli təəssübkeşliyin bir faizi Azərbaycan diasporunda olaydı!)

Azərbaycan bir gözdür, Qarabağ da bəbəyi,
Yəni Azərbaycanın tam ortası, göbəyi,
Gözüməmi göz dikdi bu erməni köpəyi?!
Bu köpək sənin, dünya! Qapımızdan çək artıq!
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Mən zatən ermənini hallərindən tanıram,
Min doqquz yüz on səkkiz illərindən tanıram,
Qanıma batırdığı əllərindən tanıram,
Şərt oldu o əlləri kökündən qırmaq artıq,
Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Qarabağın ermənilər tərəfindən tam işğalından 18 ildən də artıq vaxt keçməsi, Azərbaycanla Ermənistan arasında səmərəsiz danışıqlar, İran, Qazaxıstan kimi ölkələrin və Minsk qrupunun (ABŞ, Rusiya, Fransa) vasitəçiliyi ilə müxtəlif və nəticəsiz həll yollarının təklif edilməsi, Lissabonda Avropa Şurasına üzv olan 54 dövlətin (Ermənistan istisna olmaqla) Azərbaycanın ərazi bütövlüyünün lehinə səs verməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxması barədə bir neçə qətnamə (822, 853, 884 saylı qətnamələr) çıxarması və s. fonunda Qarabağ münaqişəsinin nizamlanması zaman keçdikcə üzücü və Ermənistanın xeyrinə olan bir prosesə çevrilmişdir. Bu prosesin davam etməsi Ermənistanın Qarabağ və Azərbaycanın digər işğal olunmuş rayonları üzərində hökmranlığının təsbit edilməsi ilə nəticələnə bilər və doğrudan da, Qarabağ torpağının Vətənin qucağına qaytarılmasının yeganə yolu ya Qarabağ, ya ölümdür!
Müharibədən 14 ildən də artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın olduqca ağır və əlverişsiz iqtisadi durumunu, bu ölkənin sərhəd bölgələrindəki zəif və gücsüz ordusunu (misal üçün, Kəlbəcərin şimalındakı Qavamasar rayonunda Ermənistan-Azərbaycan sərhəd zolağında 10-dan da az əsgərin olduğu yalnız bir çox kiçik hərbi postun mövcudluğunu) nəzərə aldıqda, Qarabağın və digər Azərbaycan rayonlarının təhvil verilməsində o zamankı Azərbaycan ordusu rəhbərlərinin (Surət Hüseynov, Ələkrəm Hümmətov və s. kimi xain şəxslərin) xəyanəti açıq-aşkar meydana çıxır.
Və son olaraq: 

Ya Qarabağ, ya ölüm başqa yol yox artıq!

Farscadan tərcümə: Məsiağa Məhəmmədi
Mənbə: http://mesiha.blogspot.com
Categories: Ümumi
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: