Home > Azərbaycan > Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı

Şirvanşahlar saray ansamblı — Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir. XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal — Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünə başlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır.

1964-cü ildə kompleks muzey-qoruq elan edilib və dövlət mühafizəsinə götürülüb.

1. Saray

2. Divanxana

3. Şirvanşahlar türbəsi

4. Minarəli saray məscidi

5. Hamam

6. Seyid Yəhya Bakuvi məqbərəsi

7. Şərq portalı

1. Saray

Şirvanşahlar Sarayı Ansamblı vahid arxitektura ideyası əsasında qurulmayıb. Amma onun bənnaları hər bir binanın təyinatını, onların ölçüsünü nəzərə alaraq, arxitektura mənzərəsinin yarada bildilər.
Ansamblın əsas binası — saraydır. O, bütün saray tikililəri arasında ən qədimidir və arxitektura tarixçilərinin qənaətlərinə görə, on ilə ucaldılıb. Bu, həm həcminə, həm də tutduğu əraziyə görə kompleksin ən böyük binasıdır. Onu 1411-ci ildəŞirvanşah I İbrahimin — Teymurləngin müttəfiqinin əmri ilə ucaltmağa başlayıblar, ölümündən sonra bu işə onun oğlu Şirvanşah I Xəlilullahın dövründə işlər davam etdirilib.

Sarayın ikimərtəbəli binasında 50 fərqli ölçüdə və çevrədə otaqlar mövcuddur, onları üç dolama pilləkən birləşdirir. Böyük şişbucaq portal həyətdən birbaşa hündürdəki ikinci mərtəbənin günbəzlə örtülmüş səkkizbucaqlı dəhlizə aparır. Onun ardınca kiçik, yenə səkkizguşəli vestibül gəlir və bu vestibül onu sarayın digər otaqları ilə birləşdirir. Səkkizguşəli otaqdakı oyuqların çat-çat çıxıntıları aşağı mərtəbə ilə danışıq əlaqəsi sazlamaq məqsədi güdürdü. İkinci mərtəbədəki 25 otaqdan yalnız 16-da günümüzədək qorunub saxlanılıb. Binanın 27 otaqdan ibarət aşağı mərtəbəsi qulluqçular və təsərrüfat ehtiyatlarının saxlanması üçün nəzərdə tutulubmuş. O, günümüzə XV əsrdə — tikildiyi vaxtda olduğu kimi gəlib çatıb.

Ön həyətə ünvanlanan fasadın ciddi forması digər həyətlərdəki binaların zəngin traktovkasından fərqlənir. Lakonik formalar, divarların hamar səthində günəş tonları, üst pəncərələrin bəzəkli şəbəkəsi, pəncərəyarıqlar binaya bənzərsiz ifadəlilik verir. Birinci mərtəbədəki otaqların qazıntısı göstərdi ki, saray qayanın üzərində tikilib, əvvəllər — saray inşa edilənədək — onun altında hansısa tikili olub və onun divarlarının özülünün üzərində sarayın bünövrəsi qoyulub.

Şirvanşahlar sarayı muzey-qoruq elan edilənədək çox hadisələrin şahidi olub. Məsələn, 1501-ci ildə Səfəvilər Bakını alarkən saray boşaldılıb. Şirvanşahların bütün sərvətləri — silahlar, əsləhələr, zinət əşyaları, xalılar, bahalı parçalar, Sara kitabxanasındakı nadir kitablar, gümüş əşyalar və qızılları Səfəvilər özləri ilə Təbrizə aparıblar. Amma 1514-cü ildə türk sultanı I Səlimin və Səfəvilərin qoşunları arasında Çaldıran döyüşündən sonra Şirvanşahlar Sarayının sərvətləri türklərə çatdı. Bu gün də onların bir hissəsi Türkiyənin, İranın, İngiltərənin, Fransanın, Rusiyanın, Macarıstanın muzeylərinin kolleksiyalarını bəzəyir. Məsələn, İstanbul muzeyində I Xəlilullahın 1428-ci ildə hazırlanmış zirehi, onun oğlu varis Fərrux Yasarın iki dəbilqəsi saxlanılır. Sarayın bəzi xalıları Londonun Viktor və Albert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarında saxlanılır.

Türk səyyahı Övliya Çələbi «Yol qeydləri» kitabında bildirir ki, türk sərkərdəsi Mustafa Lələ paşa, 1585-ci ildə fəth etdiyi Bakını tərk edərkən, «bir gözəl tikilinin damını, günbəzini, pəncərə çərçivələrini özü ilə aparıb və onu sultana hədiyyə edib, sultan isə onlardan «Sultaniyyə Qəsri Humayun» bağında hamını öz gözəl görkəmi ilə heyrətə salan şahanə qəsr tikdirib». Ola bilər ki, sözügedən kaşıyla örtülmüş günbəz Şirvanşahlar Sarayının damından götürülüb.

Şirvanşahlar Sarayı 1723-cü ildə rus eskadrasının dənizdən hücumu zamanı, şəhərin fars işğalından azad edilməsi və 1806-cı ildə Bakını rus qoşunlarını işğal etməsi zamanı da zərər çəkib. Bakı Rusiya imperiyasının tərkibinə daxil ediləndən sonra saray çar hərbi idarəsinə verildi, yüz il müddətində saray onların imtiyazında qaldı. İkinci mərtəbədə yerləşən şah mənzilləri əsgər kazarmalarına, onun altındakı otaqlar isə tövləyə, artilleriya anbarlarına çevrildi; kim isə məqbərənin portalındakı daş yazını yaşıl boya ilə korladı, şah məscidi isə az qala qarnizon kilsəsinə çevriləcəkdi. Hərbçilər sarayı qismən təmir etdilər və eyni zamanda saray tikililərini artilleriya anbarlarına çevirməklə böyük dəyişikliklər etdilər. «Yenidənqurma» zamanı günbəzlər dağıdıldı və birinci və ikinci mərtəbədə otaqları bir-birindən ayıran divarların bir hissəsi götürüldü. Günbəzlərin, şişbucaq və xaçşəkilli taxtapuşların qalıqları məhv edildi və hamar, tirdən düzəldilmiş örtüklərləəvəzləndi. Bəzi pəncərə yerləri dolduruldu, daşdan kəsilmiş şəbəkələr dağıdıldı. Sarayın şimal fasadının ikinci mərtəbəsində giriş düzəldildi, divarda böyük keçid yarıldı və atların sürdüyü ikitəkərli arabalar küçədən birbaşa sarayın ikinci mərtəbəsinə keçirdilər. Qübbələrin və günbəzlərin mavi şilənmiş mozaik suvağı məhv edildi. Sarayın divarlarında güllə yerləri hələ də qalır -əsgərlər burada atıcılıq məşqləri edirdilər.
XIX əsrin sonunda hərbi intendantlıq qeyri-ixtiyari bütün ansamblın xilaskarı rolunu oyandı. Aleksandr Nevski kilsəsinin tikilməsi üçün yer seçərkən Şirvanşahlar Sarayı gözaltılanmışdı. Yalnız hərbiçilər üçün başqa yer tapılmadığından, memarlıq abidəsi tamamilə məhv olmaq təhlükəsindən qurtuldu.

1920-ci ildə XI Qırmızı ordunun şəhəri istila etməsi ilə burada sarayda yenidən tövlələr, artilleriya anbarları, əsgər kazarmaları, lazaret yarandı.
Ətrafda hər yer baxımsız və bərbad idi. Bu səbəbdən də görkəmli Azərbaycan tarixçiləri və arxeoloqları orta əsrlərə məxsus bu nadir abidəni qorumaq üçün Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə xüsusi məktub ünvanladılar. Yalnız bundan sonra kompleksdə təmizləmə-bərpa işləri başladı. 20-ci illərin sonlarında sarayın soyuq, rütubətli, damı deşilmiş otaqları Azərbaycan Tarix Muzeyinə verildi, 1920-30-cu illərdə muzey burada yerləşirdi.
Sarayın ciddi bərpa işlərinə ehtiyacı var. Saray kompleksinin 20-ci, 30-cu və ya 50-ci illərdəki bərpası korkoranə, qeyri-peşəkarcasına və sistemsiz şəkildə aparılıb. 1992-ci ildən sarayda yeni bərpa işləri aparılır.

2. Divanxana

Divanxana Şirvanşahlar sarayının əsas binasına yaxın yerləşir. Bu tikili kiçik həyətin içərisində yerləşən, üç tərəfdən arkada qalereyası iləəhatələnən kiçik, zərif binadır. Divanxana həm içəridən, həm də çöldən daş günbəzlə örtülmüş səkkizguşəli zaldan ibarətdir. Vestibülün düzbucaqlı binası ona bitişik yerləşir. Vestibül arkada qalereyasına çıxışla zala və zalın döşəməsi altındakı səkkizguşəli kameraya birləşir. Bu kameranın altında zirzəmiyə enən ikinci belə kamera var, şimal tərəfdən yer səthi bərabərində olan çıxıntı zirzəmiyə qapı rolunu oynayır. İkinci kameranın yerləşdiyi qayada 5 metr dərinliyi olan quyunun ağzı görünür. Bu iki kameranın təyinatı da bütövlükdə divanxananın özünün təyinatı kimi anlaşılmaz qalır.

Əsas girişin hündür, biçimli portalı ornamentlə və qeyri-adi dərəcədə zərif və gözəl yazı ilə bəzədilib. Ornament əncir və üzüm yarpaqlarının hörülməsindən ibarətdir. Bundan əlavə, portal iki medalyonla bəzədilib, onların içərisindəərəb dilində, kufi qrafikası ilə yazılar var. İlk baxışdan adama elə gəlir ki, bu sadəcə, bəzəkdir.

Divanxananın arxitektura kompozisiyası və planlaşdırılması orijinaldır və digər Şərq ölkələrində onun analoqu yoxdur. Divanxananın tikintisi başa çatmayıb, kapitel və sütunlar sırasının bəzək işlərinin tamamlanmaması və digər detallar bundan xəbər verir. Ola bilsin, tikinti 1500-1501-ci ilin hadisələri ilə bağlı dayandırılıb. Üslub xüsusiyyətləri və bəzək işlərinin qismən yarımçıq qalması Divanxananın XV əsrin sonuna aid etməyəəsas verir.

Divanxananın təyinatı ilə bağlı fərqli versiyalar var. Bəziləri hesab edir ki, burada məhkəmə qurulurmuş və dəyirmi çıxıntısı olan günbəzli zalda daş döşəmənin ortasında hökm icra olunurmuş. Ölüm hökmündən sonra çıxıntının üzərində cəllad caninin başını kəsirmiş, onun bədəni isə yeraltı kanallar vasitəsi ilə dənizə axıdılırmış.

Başqa ehtimala görə, divanxana mühakimə, qəbul və dövlət şurası üçün nəzərdə tutulubmuş və ya bura mavzoley imiş. XIII-XV əsrlərdə maliyyə idarəsinin rəhbəri divanın sahibi idi. Divanxana Şirvanşahlar yanında sahibi-divanın, onun məmurlarının iş otağı, xəzinə ola bilərdi. Səkkizguşəli zalın mərkəzində kameranı örtən günbəzdəki müəmmalı çıxıntı, göründüyü kimi, sonradan, güman ki, 1501-ci ildə Səfəvilər şəhəri ələ keçirib, xəzinəni axtararkən qoyulub. Məlumatlara görə, pavilyonun günbəzində Səfəvilər xeyli qızıl və daş-qaş tapıbmışlar.

Mavzoley barədə versiya da inandırıcı görünür. İkikameralı zirzəminin və giriş portalında Qurandan surənin («Allah dünyanın iqamətgahına çağırır və istəyənləri düz yola aparır… Bu, cənnət yoludur və orada onlar əbədi yaşayacaqlar») yazılması da bunu təsdiq edir. Maraqlıdır ki, xalq rəvayətlərində Divanxana nəzəriyyəsi, xüsusən süd quyusu adlanan quyu ilə zirzəmi kamerası pir sayılırmış, süddən kəsilən qadınlar burada şəfa tapırmışlar. Görünür, Divanxananın və sarayın ərazisi islamaqədərki vaxtlarda müqəddəs ziyarətgah olub.

3. Türbə

Şirvanşahların ailə sərdabəsi düzbucaqlı formadadır və altıguşəli günbəzlə tamamlanır. Günbəz çöldən parlaq ulduzlarla bəzədilib. Keçmişdə günbəzin dərinliyinin səthinə mavi şirlənmiş kərpiclər qoyulmuşdu. 1733cü ildə Bakıda olan səyyah İ. Lerxin qeydləri də bunu təsdiq edir: «Taxtapuş (sərdabə) mavi rəngli daşlarla bəzədilib».
Giriş qapısındakı yazı binanın təyinatından xəbər verir: «Böyük sultan, böyük Şirvanşah, Allahın peyğəmbərinin adaşı, dinin himayəçisi, I Xəlilullah səkkiz yüz qırx doqquzuncu (1435-1436) bu işıqlı sərdabəni anası və oğlu üçün tikməyi əmr etdi». girin qapısında arkanın oxu üzərində 12 dəfəƏli adı yazılmış altıguşəli xonçalar yerləşdirilib. Portalın hündürlüyünü Qurandan Allahı öyən surə bəzəyir.
Portalın yan hissələrində damcıyabənzər iki medalyonda memarın adı -Əli yazılıb. Hər medalyonda eyni yazı iki dəfə — düzünə vəəksinə istiqamətdə təkrarlanır. Memar şah sərdabəsində öz adını böyük ustalıq və sənətkarlıqla cizib, uzun illər bu ad gizli qalıb və yalnız 1945-ci ildə Azərbaycanlı alimlər onu oxuya biliblər.

Binanın mərkəzi günbəzli dəfn otağı təşkil edir. Bəzi mənbələrdə deyilir ki, 1501-ci ildəŞirvanşah Fərrux Yasarın ölümündən sonra Şah İsmayılın qoşunları Bakı qalasının tuturlar və sərdabədəki mərhumların qalıqlarını oda atırlar. 1945-ci ildə çalışan arxeoloqların işi bu versiyanı təkzib etdi. Sərdabənin taxta döşəməsi altından 5 qəbir olan sərdabə aşkarlandı, onların üzəri daş piltələrlə örtülmüşdü. Məlum oldu ki, qəbirlərdən 3də yaşlılar, 2-də isə uşaqlar dəfn olunub. Sərdabədəki tədqiqat zamanı daha bir neçə qəbir tapıldı. Onların ümumi sayı 14-də çatırdı. Bunlar Şirvanşahların ailə üzvlərinin məzarları idi. Qəbirlər tam vəziyyətdə idilər, amma qəbirüstü daşları yox idi.
Arxeoloji işlər nəticəsində yazıda qeyd olunduğu kimi, qəbirin Bikə xanıma -Şirvanşah I Xəlilullahın anasına, oğluna və digər ailə üzvlərinə aid olduğu təsdiqləndi.

Qəbrin təmizlənməsi zamanı həndəsi ornamentlərin izləri olan medalyonlu materiya qalıqları aşkarlandı. Onların üzərindəərəbcə yazılar döyülmüşdü. Bundan başqa tapılan əşyalar arasında bir neçə mavi muncuq, firuzə və altı ədəd yaqutla bəzənmiş qızıl sancaq, qızıl sırğalar tapıldı. Hazırda bütün bunlar Azərbaycan Tarix Muzeyinin Fondunda yerləşir.
Minarəli saray məscidi

Saray məscidi kompleksin aşağı həyətində yerləşib. Binanın şimal-şərq küncündə ucalan şaquli minarə onun iki azca iti günbəzlə yekunlaşan prizma şəkilli həcmlərinin lakonikliyinə kölgə salır. Məsciddə iki ibadətgah var, böyüyü kişilər, kiçiyi qadınlar üçün nəzərdə tutulub. Bundan əlavə daş dolama pilləkənlərin qalxdığı kiçik yardımçı otaqlar da var. Bu tikililərin hamısı düzbucaqlı plana daxildirlər, burada yalnız qadın ibadətgahı cüzi çıxıntı ilə fərqlənir.

Məscidə üç yol aparır. Şimal -əsas yol portalda xüsusi qabardılıb. Portalın hər iki tərəfindən yarımpərgar formasında oyuqlar var, bunlar ayaqqabı üçün nəzərdə tutulub. Çünki müsəlman qanununa görə, məscidə ayaqqabı ilə və dəstəmaz almadan keçmək olmaz. Dəstəmaz prosesi həyətin şimal hissəsində, aşağı həyətə portal keçidinin arxasındakı quyu və kiçik hovuz olan meydanda həyata keçirilirdi.

Şərqdən, qonşu həyət tərəfdən məscidə ikinci, daha sahə portalın açdığı yol var, qərbdəki keçid isə heç nə ilə seçilmir.

Məscidin mərkəzi zalının yuxarı künclərində uzun boğazları içəri, zala meyllənən dörd böyük gil bardaq hörülüb. Bu bir tərəfdən, gözəl rezonans verir, digər tərəfdən, bu, antiseysmik konstruktiv-inşaat üslubudur və binaya möhkəmlik verir — üt hissənin yüngülləşdirilməsi sayəsində ağırlıq mərkəzi azalır.
Məscidin mərkəzi zalının cənub divarının dirəyində sadə bəzədilmiş mehrab yerləşir, onun dərin olmayan taxçası şiş uclü yargünmbəzlə örtülüb. Məsciddə müxtəlif formalı və təyinatlı taxçalar var. Onlar canamazların, çıraqların, Quranların, təsbehlərin qoyulması üçün nəzərdə tutulub.

Pəncərələr daş hasara -şəbəkəyə alınıb. Bu, sadə arxitekturalı binaya xüsusi gözəllik verir.
Məscidin minarəsi 22 metrdir. Minarənin stalaktit qurşağındakı yazıda deyilir: «… böyük sultan I Xəlilullah bu minarəni ucaltmağı əmr etdi. Allah onun hakimiyyətini və idarəsi günlərini artırsın. Səkkiz yüz qırx beşinci il» (1441-1442).
Minarənin eyvanı (şərəfə) əvvəlcə daşdan idi, amma 1723-də Bakı rus qoşunlarının hücumuna məruz qalanda mərmi minarənin bir hissəsini dağıtdı. Sonralar, bizim dövrümüzdə eyvanı bərpa edərək, onu dəmirlə əvəzlədilər.

 4. Hamam

Saray hamamı kompleksin ən aşağı meydançasındadır. O, 1939-cu ildə aşkar edildi. Arxeoloji qazıntılar nəticəsində 26 otaqdan ibarət böyük hamam üzə çıxdı, onun üzəri torpaqla örtülmüş və burada bağ salınmışdı. 1953-cü ildə hamam hissə-hissə təmizləndi və 1961-ci ildən mühafizə olunmağa başladı. Hamamın divar qalıqlarının əsasında demək olar ki, onun ərazisi günbəzlərlə örtülübmüş, günbəzlərdəki yarıqlardan içəri işıq düşürmüş. Qışda isti, yayda sərin olması üçün onu yerin altında tikiblər. Belə sistem Bakı və Abşeronun hamamları üçün səciyyəvidir.
Saray hamamının planı iki böyük kvadrat binadan ibarətdir, dörd pilon (naxışlı sütun) onları xırda hissələrə ayırır. Bir qrup otaqlar — «çöl» və ya «bayır» — geyinib-soyunmaq üçün nəzərdə tutulub, «içəri» hissə isə çimmək üçünmüş. Çimmək üçün olan hissəyə isti və soyuq su üçün hovuzlar qoşulurmuş. İsti su saxlanan hovuzda onun qızdırılması üçün içərisində od yandırılan xüsusi kamera yerləşirmiş. Hamamı qatılaşdırılmış, sarı daş formasında bərkimiş, şam kimi yanan ağ neftlə qalayırmışlar. Qızdırılma sistemi buxar kanalları vasitəsi ilə çimərlik hissəsinin döşəməsinin altı ilə gedirdi. Çimərlik bölməsindən gələn isti hava geyinib-soyunma otağını qızdırırdı.

Səyyah İ.Lerx 1733-cü ildə olarkən, hamam barədə yazırdı: «O, həm çöldən, həm də içəridən yaxşı bəzədilib». Ovdan-su anbarından gələn su divarın yanında hamamın qazanxanasına — «külxana»ya tökülürdü və sonra onlar üçün xüsusi kanallar qurulmuş keramik borulara bölüşdürülürdü. Ovdana torpağın altındakı qaya massivində çapılan pilləkənlərə aparan şiş uclu oyuqdan keçmək olardı, pilləkən 70-ci pillədə, böyük su anbarının yanında bitirdi. Bura su yeraltı kəhrizdən gəlirdi. Tikinti işləri zamanı qərb qala divarının yaxınlığında 10 metr dərinlikdə, dağlardan ovdana və Şirvanşahlar sarayına tərəf gələn qədim şəlalə aşkarlandı. Görünür, saray və hamam həmin su kəməri vasitəsilə təchiz olunurdu.

Otaqlar çox idi: geyinib-soyunma otağı, çimərlik, «xəlvəti» — təklikdə çimmək üçün guşə. Hamamın otaqlarında dairə formasında kiçik hovuzlar və ayaqqabı üçün oyuqlar vardı. Kənardakı, bərpa olunmuş günbəzli hissədə günümüzədək yaxşı qalmış kaşı haşiyələr var.

5. Şərq portalı

Tək dayanan Şərq darvazaları portalı saray tikililəri ansamblına aiddir, onu çox zaman «Murad qapıları» adlandırırlar. O, istehkamın divarlarında bütün kompleks tikililərindən sonra — XVI əsrdə Bakının türklər tərəfindən işğalı zamanı inşa edilib. Darvazalar sultan III Muradın şəninə adlandırılıb.
Öz icra tərzinə və bədii kompozisiyasına görə şərq portalı Divanxananın və məqbərənin üslubunu tamamlayır. Amma burada inşaat sənətinin enişinin əlamətləri sezilir, daş aşağı keyfiyyətlidir, Azərbaycan ornament sənətinin düzümü pozulub.

Portalın qurucusu memar, usta Əmir şah Vayankuhi — Təbriz ətrafındakı şəhərlərindən birinin sakinidir. Portalın yuxarı hissəsi ərəb dilində yazı ilə bəzədilib: «Bu ali binanı qurmağı əmr etdi, ədalətli və böyük sultanın — Muradın hakimiyyəti günlərində, Ulu Rəcəb baba Bakuvi, hicri 994-cü ildə (1585-86-cı illər)». Yazının hər iki tərəfində bitki ornamentli xonçalar əks olunub. Portalın aşağı hissəsində stalaktitin yarımgünbəz formasında əmələ gətirdiyi dərin oyuq var. Bura sarayın digər portallarından fərqli olaraq, geniş, darvazaya bənzər çatma qapı yeri var. Mümkündür ki, bu tikili günümüzədək gəlib çatmayan və ya tikilməyən binaya giriş imiş. Yazı mətni də buna işarə edir, orada darvazadan deyil, «imarət»dən danışılır.
Memar ansamblın vəhdətini qorumağa çalışıb, amma yenə də həmin hərbi əməliyyatlarla zəngin dövrün arxitekturasındakı tənəzzülün təsirindən qaça bilməyib.

 6. Seyid Yəhya Bakuvi sərdabəsi

Saray kompleksinin cənub hissəsində yerləşən Seyid Yəhya Bakuvi məqbərəsi xalq arasında «dərviş məqbərəsi» kimi tanınır.
Tarixçilərin məlumatına görə, Bakuvi Şirvanşah Xəlilullahın saray alimi olub. Şamaxıda doğulub. Sufi, «xəlvəti» təriqətinə rəhbərlik edən Şeyx Sədrəddinin tərəfdarlarından olub. Şeyx Sədrəddinin ölümündən sonra Bakuvi Bakıya köçüb. Ayrı-ayrı tarixçilərin məlumatlarına görə, o, 868-ci (1464) vəfat edib və saray kompleksi ərazisində dəfn olunub. Günümüzədək Seyid Yəhya Bakuvi fəlsəfə, astronomiya və riyaziyyatın öyrənilməsi sahəsində dəyərli mənbələr olan 15 əsəri («Həqiqət axtaranların sirri», «İlhamın sirri», «İşarələrin simvolik mənaları», «Səmənilər şəcərəsinə izahlar», «Ruhların sirri» və s.) gəlib çıxıb, onlar sufi-mistik xarakter daşıyır və Türkiyənin İstanbul, Konya və Manisa şəhərlərində saxlanılır.

Sufizm — islamda mistik-asketik istiqamətdir, VIII əsrdən məlumdur. Sufilər Allahla fərdi vəhdətə və hətta daxili nurlanma yolu ilə ona birləşməyə, onda əriməyə can atırdılar, bu müəyyən asketik təmrinlərlə müşayiət olunurdu.
Məqbərə səkkizguşəli formaya malikdir və səkkizguşəli çadırla örtülüb. O, yerüstü və yeraltı hissələrdən ibarətdir. Məqbərənin üst hissəsi dini ayinlər üçün nəzərdə tutulurdu, aşağı hissədə qəbirüstü sərdabə yerləşirdi. Daxildən məqbərə bəzədilmişdi və ona rəngli suvaq çəkilmişdi.

Məqbərə yonulmuş və bir-birinə sıx hörülmüş enli və ensiz daşlar sırasından tikilib.
Məqbərənin kənarlarında — cənubda, şərqdə və qərbdə — üç kiçik daş hasarlı -şəbəkəli çatma pəncərələr var. MəqbərəŞirvan-Abşeron memarlıq məktəbinin həlqələrindən biridir.
Məqbərə Key Qubad məscidi adı ilə tanınan qədim məscidin yananda tikilib. Seyid Yəhya Bakuvi məhz bu məsciddə çalışıb, dua edib, dərs deyib. Bu məscid XIV əsrdəŞirvanşah Key Qubadın hakimiyyəti illərində tikilib və onun adı ilə adlandırılıb. Amma 1918-ci ildə məscid yanğın zamanı yanıb və hazırda yalnız onun bünövrəsi qalır. Yəqin ki, bu məscid daha qədim məscidin yerində tikilib.

7. Qız qalası

Abşeronun qalalarından ən böyüyü vəəzəmətlisi Bakıda, İçəri şəhərdə olan Qız Qalasıdır. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr, divarlarının qalınlığı dib tərəfdə 5 metr, yuxarı tərəfdə isə 4 metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən dayaq dəstəyinə oxşar iri bir tikilidən ibarətdir. Bu tikilidən nə məqsədlə istifadə olunduğu hələ bu günə qədər müəyyən edilməmişdir. Qala səkkiz mərtəbəyə bölünmüş, hər mərtəbənin ayrıca daş tağtavanı və ya günbəzi olmuşdur. Bu mərtəbələr divarın içində tikilmiş daş pilləkən vasitəsilə bir-birilə birləşir. Mərtəbələrdə divardan bayıra çıxarılmış saxsı boruları olan dərinliklər vardır. Ehtimal ki, bu borular çirkab atmaq üçün qoyulmuşdur. Qalanın daxilində olan quyu, görünür, oraya sığınanları və qalanın müdafiəçilərini su ilə təmin edirmiş. Pilləkən olan tərəfin fasadında qoyulmuş yarıq şəkilli pəncərələr mərtəbələri işıqlandırmağa xidmət edirmiş. Onlar, başqa yerlərdə olduğu kimi, içəriyə doğru genişlənərək mazğala-oxşar bir şəkil alırsa da, hər halda müdafiə məqsədi daşıdığı şübhəlidir. Ehtimal ki, qalanın müdafiəçiləri hücum edənlərə ancaq qalanın yuxarı meydançasından atəş açır və qalaya yaxınlaşan düşmənin başına ağır şeylər yağdırırmışlar. Bu məqsədlə qalanın yuxarı hissəsi maşikullalarla qurtarmalı idi. Təəssüf ki, onlar zəmanəmizə qədər qalmamışdır. İndi qalanın üst meydançasının yanlarında enli hasar vardır. Akademik Qmelinin (XVIII əsr) çəkdiyi şəkildə qalanın yuxarı hissəsi qismən dağınıq halda göstərilir. Bu şəklə inanmamaq üçün əldə heç bir əsas yoxdur. Deməli, qalanın yuxarı hissəsi yenidən bərpa edilmişdir. Lakin onun nə zaman və kim tərəfindən bərpa edildiyi hələ bəlli deyildir.

Qala divarlarının xarici görünüşü də diqqəti cəlb edir. Fasadın hörgüsü müəyyən hündürlüyədək Bakı tikintiləri üçün tamamilə xarakter şəkildə olub, demək olar ki, hamardır və daşları düz sıralarla düzülmüşdür. Qalanın yuxarı hissəsində isə bu sıralar növbə ilə gah irəli çıxır, gah da girinti əmələ gətirir. Belə bir sual ortaya çıxır: görəsən, hörgünün bu şəkildə olmasının səbəbi nədir? Memar buradan yalnız bir dekorativ üsul işlədərək, fasadı kölgələrlə bir qədər cazibədar etmək üçünmü bu böyük divar kütləsinin yeknəsəqliyini pozmağa çalışmış və ya başqa bir məqsəd güdmüşdür? Ola bilsin ki, burada da o zamanlar hər yerdə geniş tətbiq edilən kərpic hörgüsü üsulu təkrar olunmuşdur. Doğrudan da, üfüqi sıralar belə aydın bir şəkildə gözə çarpmasaydı divar çox yeknəsəq görünər və ümumi təəssürat xeyli zəif olardı. Fasadın qapı yerinin üstündə iri bir daş üzərində kufi xətlə yazılmış bir kitabə vardır. Burada “Davudun oğlu, Məsudun qalası” sözləri yazılmışdır. Bu kitabə qalanın XII əsrin birinci yarısında səlcuq soltanı Məsud tərəfindən tikdirildiyini düşünməyə imkan verir. Qız qalası haqqında xalq arasında müxtəlif əfsanələr vardır. Bunlardan ən çox yayılanı yerli hökmdarın, özünü qalanın yuxarı meydançasından suya atmış qızının faciəli ölümündən danışan əfsanədir.

 Mənbə: Kayzen.az

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: