Home > dövlətçilik irsimiz, Tariximiz > Böyük Hun İmperatorluğu

Böyük Hun İmperatorluğu

Hunlar – qədim türk tayfalarıdır.

Bilinən ilk Türk dövlətlərindən biridir. Quruluşu haqqında tutarlı məlumatlar yoxdur. M. Ö. 220-ci ildə Teoman tərəfındən qurulduğu qəbul edilir. Həmçinin M.Ö 318-ci ilə aid olduğu düşünülən və Çin ilə bağlanmış müqavilənin mətni mövcuddur. Teomandan sonra dövləti böyük bir imperatorluğa çevirən Mete Xan (Mo-dun)’dır. Türk ve Moğol boylarını bir dam altında toplayan Mete, İpək yoluna hakim olmaq üçün Çin ilə savaşmıştır. M.Ö. 200-cü illərdə Çin’ə qalib gələrək vergiyə bağlamışdır. M.Ö. 187-ci ildə Çin İmperatorluq ordusunu, hansı ki başında Ka-o-ti dururdu, Pa-i-Teng səfərində 10 min əsgərlik nizamlı və intizamlı ordusuyla məğlubiyyətə uğratmışdır. Bu Çin ordusunun sayının bəzi qaynaqlarda 200 min olduğu yazılmaqdadır. Mete Xan dövründə Sibir, Çin Dənizi, Xəzər Dənizi arasında qalan bütün torpaqlara hakim olunmuşdur (18.000.000 kvadrat kilometrə yaxın).

Metenin, Çin’i torpaqlarına birləşdirməyib, vergi almaq sürətiylə idarəetmə səbəbi, Çin oturaq həyatı və siyasi təsirindən uzaq durma olaraq izah olunur. Bundan başqa, Çin’in çoxsaylı əhalisinin təsiri ilə Türklük özəlliklərini itirmək istəməmiştir.

Böyük Hun İmperatorluğunun ən geniş sərhədləri, Sarı rəng: Günümüzdə Türklərin yaşadığı yerlər Metenin ölümündən sonra bir müddət daha gücünü qoruyan dövlət, Çinli şahzadələrlə evlənmə ənənəsi ilə Çinli şahzadələrin cəsusluq fəaliyyətləri, Türk boyları arasındakı iqtidar mübarizələri, Çinin İpək yolu üzərində getdikcə siyasi nüfuzunu artırması kimi səbəblərlə M.Ö. 46-cı ildə Hunlar Şərqi və Qərbi Hunlar adı ilə iki yerə ayrıldılar. Bu ikiyə ayrılışın səbəblərindən birisi də Böyük Hun Dövləti’nin başında durmuş Ho-han-ye’ nin iqtisadi sıxıntıları da səbəb kimi təqdim edərək Çin hakimiyyətinə girmək istəməsidir ki, bu düşüncəni qardaşı Çiçi, “atalarına hörmətsizlik” olaraq qəbul edib əsarət altına girməyi rədd etmiştir.

Qərbi Hunlar, Çiçi idarəsi altında Talas’ın qərbinə hakim oldular. Ağhunların və Avropa Hunlarının qurulmasında əsas rol oynadılar. Qərb Hunluları’nın başında olan Çiçi’nin Çin’ə qarşı verdiyi mücadilədə qısa bir müddət sonra uğursuz olduğu görsənir. Bəlkə də ona görə ki, Çiçi, Çin ilə mücadilədə qədim Türk müharibə taktikalarını bir kənara qoyaraq bir şəhər qurub oranı qala halına gətirərək müdafiə taktikasına üstünlük vermişdir. Bu onun özünün birinci xətasıdır. Məğlubiyytəində təsirli olan digər xəta isə əmri altında olan əsgərlərə çox sərt davranmasıdır.

Şərqi Hunlar Ho-Han-ye idarəçiliyində Talas’ın şərqində M.S 48-ci ilədək hökm sürdülər. Çin’in siyasi hərəkətləri nəticəsində, M.S. 48-ci ildə Güney (Cənub) və Kuzey (Şimal) Hunları olmaqla ikiyə ayrıldı. Kuzey hunları Xaqan Pi idarəçiliyində Moğol və Sibir düzənlikləri çevrəsində 156-ci ilədək davam etdi. Güney Hunları Panhu idarəçiliyində Uyğur hövzəsində və Çinə yaxın bölgələrdə 216-cı ilə qədər davam etdi.

Şərqi Hunların kuzey və güney olaraq ikiyə ayrılmasının səbəbi; Panhu idarəçiliyindəki Türklər’in Çin’in siyasi üstünlüyünü qəbul etməsinə rəğmən, qardaşı oğlu Pi idarəçiliyindəki kuzey Türklərin’in Çin üstünlüyünü qəbul etməməsidir. (Güney Hunları: bax.(Türkiyə türkcəsində) Batı Hun İmparatorluğu)

Güney Hunlarının yıxılması nəticəsində Çin siyasi üstünlüyü çərçivəsində Çin ölkəsinə tampon məqsədli bir çox kiçik Hun dövləti qurulmuşdur. Bu Hun dövlətləri Göytürk siyasi üstünlüyünə qədər davam etmişdir

                                 Dövlət İdarəçiliyi

Hun dövləti başında olan şəxs “tan-hu” ya da “şen-yu” olaraq çağırılırdı. Tanhu sözü bir ünvan olaraq “sonsuz genişlik” anlamına gəlməkdədir. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Hökmdarlığın tanrıdan keçdiyi görüşü vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Şenyunun vəzifəsi, ölkədə dirliyi sağlamaq, ədaləti gerçəkləştirmək, orduya rəhbərlik etmək, məclisi idarə etmək olaraq sıralanabilər. Hökmdarlıq atadan oğula keçməkdədir. Ölkə, oğullar arasında şərqi, qərbi, mərkəz olaraq miras buraxılmaqdadır. Türk dövləti hökmdarı arvadına “ka-tun”(xatun) deyilirdi. İdarəçilikdə o, söz sahibiydi. Böyük Hun Dövləti’ndə üç məclis vardı.

1. Məclis: Dini söhbətlər müzakirə edilirdi. İlin ilk aylarında toplanırdı.

2. Məclis: İyun ayında toplanır və dövlət işləri müzakirə edilirdi.

3. Məclis: Payızda toplanır və hərbi işlər müzakirə edilirdi

Qeyd: Məqalələrdən istifadə zamanı istinad zəruridir

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: