Home > Azərbaycan, dövlətçilik irsimiz, Tariximiz > Milli hökumətin süqutu və Ş.M.Xiyabanin öldürülməsi.

Milli hökumətin süqutu və Ş.M.Xiyabanin öldürülməsi.

Cənubi Azərbaycanın ictimai həyatının bütün sahələri həmişə Şimali Azərbaycanla, xüsusilə də Bakı ilə bağlı olmuşdur.Şimaldakı hadisələr cənubda da öz əks-sədasını tapmışdı.

Cənubi Azərbaycanda hələ fevral inqilabından sonra başlanmış inqilabi canlanma getdikcə daha qabarıq şəkil alırdı.Təbriz, Urmiya və Ərdəbildə dövlət məmurlarının özbaşınalığına qarşı çıxışlar baş verirdi.Xüsusilə Təbrizdə vəziyyət daha kəskin hal almışdı.Çıxışlara İran Demokratik Partiyasının(İDP) Azərbaycan Əyalət Komitəsi istiqamət verirdi.Komitəyə Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi.Azərbaycan Əyalət Komitəsi “Təcəddüd”( “Yeniləşmə” ) qəzetini nəşr etdirirdi.

1917-ci ilin avqustunda Təbrizdə İDP Azərbaycan Əyalət Komitəsinin konfransı keçirildi.Konfrans müstəqil Azərbaycan Demokratik Firqəsini (ADF) yaratdı və Ş.Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi.Demokratlar əhalini xarici işğalçıların ölkədən qovulması və demokratik İran hüdudlarında Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizəyə çağırırdılar.

1917-ci ilin yayından etibarən ADF Cənubi Azərbaycanda başlanan xalq hərəkatının rəhbər təşkilatına çevrilmişdi.Xalq İranda öz işğalçı siyasətini genişləndirən və İran ərazisindən qonşu Zaqafqaziyadakı mürəkkəb siyasi vəziyyətə və burada müstəqil dövlətlər yaradılmasına yönəldilmiş Milli proseslərə müdaxilə üçün istifadə etməyə çalışan ingilis imperialistlərinə və onlara satılmış İran hökümətinə qarşı daha qətiyyətlə ayağa qalxdı.1917-ci ilin noyabr və dekabr aylarında Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. şəhərlərdə keçirilən izdihamlı mitinqlərdə əhali ingilislərin əlində oyuncağa çevrilmiş Vüsuqüddövlə kabinəsini istefa verməsini, demokratik hökümət təşkil olunmasını tələb edirdi.Təbriz və digər şəhərlərdə keçirilən mitinqlərin çoxunun təşkilatçısı Azərbaycan Demokratik Partiyası idi.

Cənubi Azərbaycanda baş verən və İranın başqa yerlərində də genişlənən çıxışlar nəticəsində 1917-ci ilin sonunda Vüsuqüddövlə höküməti istefa verməyə məcbur oldu.Lakin, tezliklə ingilislərin köməyi ilə o, yenidən hakimiyyətə gətirildi.ADF hökümətinin təslimçi siyasətundən istifadə edən ingilislərin İranın, o cümlədən Osmanlı təhlükəsini bəhanə edərək Cənubi Azərbaycanın bir çox şəhərlərini işğal edir, azərbaycanlılara qarşı erməni qırğınlarını təşkil edirdi.ADF Cənubi Azərbaycanda ingilislərə qarşı başlanmış çıxışlara istiqamət verir, erməni qırğınlarının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirirdi.

Buna məhəl qoymayan ingilislər İran ərazisini qonşu dövlətlərə müdaxilə təşkil etmək meydanına çevirmək fəaliyyətlərini gücləndirdilər.Bunu rəsmiləşdirmək üçün 1919-cu il avqustun 9-da İran höküməti ilə saziş imzaladılar.Əslində bu saziş həm də İranı siyasi və iqtisadi cəhətdən Böyük Britaniyadan asılı vəziyyətə salırdı.

Sazişin bağlanması Cənubi Aərbaycanda genişlənən milli-azadlıq hərəkatına yeni təkan verdi.Əyalətdə ingilis müstəmləkəçilərinə və İran hökümətinə qarşı mübarizə şiddətləndi.İran höküməti Cənubi Aərbaycana ingilis hərbi dəstələri göndərərək hərəkatı yatırmaq istəyirdi.Adf gizli fəakiyyətə keçməyə məcbur oldu.Lakin, buna baxmayaraq Təbriz, Zəncan, Xoy və başqa şəhərlərdə bədnam sazişin ləğvini, Vüsuqüddövlənin dövlət işlərindən kənarlaşdırılmasını tələb edən çıxışlar davam edirdi.Çıxışlar 1920-ci ilin əvvəllərinədək davam etmişdi.

1920-ci ilin aprel ayının ilk günlərində ADF-nin üzvlərindən bir neçəsinin həbs edilməsi dinc çıxışların üsyana çevrilməsinə təkan verdi.Aprelin 6-dan ayağa qalxmış demokratlar silahlanaraq “Təcəddüd” qəzeti redaksiyasının binasına toplandılar.Aprelin 7-də ADP rəhbərliyi silahlı üsyan planı hazırladı.Üsyanın ilk günü Təbriz bazarı bağlandı, bütün tacirlər, sənətkarlar və əhalinin digər nümayəndələri demokratların haqlı tələbləri ilə həmrəy olduqlarını bildirdilər.Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) təşkil olundu.Bu heyətə Ş.Məhəmməd Xiyabani başçılıq edirdi.Üsyançılar 2 gün müddətində demək olar ki, bütün dövlət idarələrini ələ keçirdilər.Beləliklə, silahlı üsyan qan tökülmədən qələbə çaldı.Bütün şəhər üsyançıların əlinə keçdikdən sonra İİH əhaliyə fars və fransız dillərində buraxdığı bəyanatla müraciət etdi.Bəyanatda bütün Azərbaycan əyalətində ümumi asayişi yaratmaq, hökümət nümayəndələrinin konstitusiyaya zidd olan siyasətinə son qoymaq və konstitusiyanı sözdən işə keçirmək kimi məqsədlər göstərilirdi.Aprelin 7-də Xiyabani Təbriz əhalisi qarşısında söylədiyi nitqində bildirdi ki, “Azərbaycanın adını Azadıstana(Azadlıq ölkəsi) dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik”.Sonra da O, bu adın rəsmən tanınımasını İran dövlətindən tələb etdi.

Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə gəlməyə cəsarət etməyən Eynüddövlə, İİH-nin 8 maddədən ibarət tələblərini qəbul etdikdən sonra, ona Təbrizə girməyə icazə verildi.

Eynüddövlə üsyanı yatırmaq haqqında mərkəzin göstərişini həyata keçirmək məqsədilə dərhal bir sıra tədbirlər görməyə, o cümlədən demokratlara qarşı qiyam təşkil etməyə çalışırdı.Təbrizdə üsyan başlamasından təşvişə düşmüş ingilislər də həmin planın hazırlanmasında fəal iştirak edirdilər.

Lakin, bunlara baxmayaraq hərəkat öz hüdudlarını genişləndirməkdə davam edir, Cənubi Azərbaycanın başqa şəhər və mahallarını da əhatə edirdi.Beləliklə, Təbriz üsyanı bütün İranda ingilis müstəmləkəçiliyinə və daxili irticaya qarşı hərəkatın yeni vüsət almasına təkan verdi.İranın mühüm məntəqələrində Təbriz üsyanına açıq hüsn-rəğbət və həmrəylik güclü idi.Tehranda Təbriz üsyanına rəğbət bəsləyən qüvvətli qrup mövcud idi.Əksəriyyəti Tehranda yaşayan azərbaycanlılardan ibarət olan bu qrup üsyanın və Xiyabaninin tərəfdarı kimi çıxış edirdi.

1920-ci il iyunun 23-də ADF İİH əsasında Milli Hökumət(MH) yaratmağı qərara aldı.Xiyabanini başçılıq etdiyi MH iyunun 24-də “Təcəddüd” qəzeti redaksiyası binasından üsyandan əvvəl mərkəzi dövlət idarələrinin yerləşdiyi binaya – Alaqapıya köçürüldü.Bu hadisə Təbriz əhalisinin ümumi bayramına çevrildi.

MH-nin  tələbi əsasında vali Eynüddövlə, onun məmur aparatı Təbrizi tərk etdi.Təbrizdə mərkəzdən göndərilmiş bir nəfər də olsun məmur qalmadı.MH demokratik respublika prinsiplərinə əsalanırdı.Onun tərkibinə ADF-nin üzvlərindən 20 nəfər daxil idi.MH-nin üzvləri içərisində orta və xırda mülkədarların, ziyalıların, qulluqçuların və iri ticarət burjuaziyasının nümayəndələri də vardı.MH ingilis müstəmləkəçilərinə və Mürtəce İran hökumətinin ölkədə ağalığına qarşı qarşı çevrilmiş, demokratik dəyişikliklər həyata keçirməyə çalışan, ümumixalq mənefeyinə cavab verən siyasət yeridirdi.Bütün İranın demokratikləşməsini qarşıya məqsəd qoyan bu siyasət, eyni zamanda irticanın Cənubi Azərbaycana münasibətdə yeridiyi ayrı-seçkiliyə qarşı yönəlmişdi.

Hırıkat rəhbərləri İranda şahlığın ləğvinə və respublika yaradılmasına çalışırdılar.MH sənaye, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə və b. sahələrdə islahatlar həyata keçirməyə başladı.MH-nin bir sıra sahələr üzrə idarə və nazirlikləri yaradılmışdı.Təbrizdə pulsuz qız məktəbinin açılması o zaman üçün fövqəladə hadisə idi.Yeni açılmış məktəblərə başlıca olaraq Bakıdan müəllimlər dəvət edilmişdi.

Milli müdafiə qüvvəlrinin təşkili üçün də layihə hazırlandı.Bu layihəyə əsasən çəhər əhalisindən və Təbrizə gəlmiş kəndlilərdən gələcəkdə ümumi sayı 12 minə çatdırılacaq milli qvardiya təşkilinə başlanıldı.MH, eyni zamanda şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil etdi, üsyançılara qoşulmuş jandarm dəstələrində nizam-intizam yaratdı.Onların təlimi üçün xüsusi polis məktəbi açıldı.Jandarm və polis işçilərindən ibarət silahlı qüvvələr MH-nin əsas silahlı dayağı idi.

Cənubi Azərbaycandakı milli-azadlıq və demokratik hərəkat B.Britaniyanın İrandakı nümayəndələrini və İranın mərkəzi hökümətini son dərəcə narahat edirdi.

İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin yaxından köməyi və başçılığı ilə üsyançılar üzərinə hücum etmək üçün hazırlığa başladı.Hücumu təşkil etmək üçün namizədliyi B.Britaniyanın Xarici İşlər naziri Lord Kerzonla razılaşdırılmış Hidayət Müxbirüssəltənə sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəldi.Müxbirüssəltənə baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla “danışığa” başladı.Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salmış və MH tərəfindən tərk silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkdi.Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırıldı.  MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alındı.Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxardı.Sentyabrın 12-də əksinqilabı qüvvələr üsyançılar üzərinə hücuma keçdilər.

Alaqapı ələ keçirildi, “Təcəddüd” qəzetinin binası dağıdıldı.Üsyançılar sentyabrın 14-nədək son damla qanlarınadək qəhrəmancasına vuruşdular.Sentyabrın 14-də Xiyabani öldürüldü.İrticaçılar üsyançılara amansız divan tutdular.Onların evləri yandırıldı, yüzlərlə üsyançı həbs, edam və ya sürgün edildi.

Beləliklə, bir neçə yer istisna olmaqla, bütün Cənubi Azərbaycandakı azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı.Məğlub olmasına baxmayaraq, Cənubi Azərbaycan milli-azadlıq hərəkatı xalqımızın azadlıq uğrunda mübarizə tarixində əhəmiyyətli rol oynadı.Azərbaycan xalqının milli-azadlıq uğrunda mübarizə tarixində silinməz iz buraxdı.Sonrakı nəsilləri yeni mübarizələrə ruhlandıran örnək old

Şəfibəyli Kamal

Fakültə: Ümumi İqtisadiyyat

Qrup:22B

 

Ə D Ə B İ Y Y A T

 

1.Azərbaycan tarixi 1-2-ci cildlər.Bakı, 1958-1960.

2.Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı, 1989.

3.Z.Bünyadov və Y.Yusifov: Azərbaycan tarixi 1-ci cild.Bakı, 2007.

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: