Home > Azərbaycan, Tariximiz > Cənubi Azərbaycan XIX əsrin II yarısı-XX əsrin əvvəllərində

Cənubi Azərbaycan XIX əsrin II yarısı-XX əsrin əvvəllərində

XIX ərin II yarısında Cənubi Azərbaycanın iqtisadiyyatında bütün İranda olduğu kimi , durğunluq meyli davam edirdi. Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir –birinin ardınca güzəştlərə getməsi , onların xeyrinə müqavilələri bağlaması və s. nəticəsində ölkədə kapitulyasiya qaydası yarandı. Ölkə yarımmüstəmləkəyə çevrildikdən sora isə İranın , o cümlədən Cənubi Azərbaycanın iqtisadi inkişaf yolunda ən mühüm əngəl iqtisadiyyatın iki tərəfli inkişafa düçar etmiş xarici kapitalın ağalığı oldu.

XIX əsrin II yarısında C.Azərbaycanda kənd təsərrüfatının əsasını taxılçılıq, bağçılıq və maldarlıq təşkil edirdi. Burada xarici bazar üçün quru meyvə, pambıq və s. istehsal olunurdu.

Bu dövrdə torpaqların əsas hissəsi dövlətin mülkiyyətində idi. 1886-cı ildə şah bu torpaqların satılması haqqında fərman verdi. Bu fərmandan sonra çoxları xalisə torpaqlarını satın almağa başladı. Kəndlilərin çoxu torpaqsız olduğundan, onlar əkin sahələrini torpağın sahibindən paydarlıq əsasında götürürdülər.

Bu dövrdə C.Azərbaycanda mövcud olan ən əsas problemlərdən biri iri feodalların, xüsusi ilə də iri ruhanilərin taxıl möhtəkirliyi ilə məşğul olması idi. 1898-ci ildə Təbrizdə buna qarşı əhalinin çıxışları olmuşdur.

1864-cü ildə Təbrizdə xarici şirkətlərin kəskin rəqabətilə üzləşən tacirlərin kütləvi etirazı baş vermişdi. Təbriz bazarında baş vermiş və dörd ay davam etmiş bu narazılıq müddətində bütün xarici şirkətlərlə ticarət əlaqələri dayandırılmışdı. Yalnız qiymətlər əvvəlki səviyyəyə qaldırıldıqdan sonra tacirlər dükanları açmışdılar.

Dövlət məmurlarının özbaşınalığı, yerli ağaların zülmü, xarici kapital nümayəndələrinin təzyiqi xalq kütlələri arasında böyük narazılığa səbəb olurdu. Əsrin sonunda ölkədə sosial ziddiyətlər zəminində bəzi şəhər və kəndlərdə müxtəlif xarakterli çıxışlar baş vermişdir. C.Azərbaycanda kəndlilərin vergi verməkdən boyun qaçırmaları, şikayət ərizələri yazmaları qeyri-fəal mübarizə formaları kimi geniş yayılmışdı.

Təbriz əhalisi mövcud idarəçiliyə, əsrin sonlarında geniş yayılmış möhtəkirliyə qarşı daha fəal çıxışlar idi.Bu cür çıxışlardan biri 1872-ci ildə Təbriz valisi Sahib-Divana qarşı idi. Təbrizlilər öz istədiklərinə nail olurlar və 1881-ci ildə Sahib-Divan Cənubi Azərbaycandan qovulur. XIX əsrin sonunda isə Təbrizdə qadınların üsyanı daha geniş yayınlanmışdı. 1898-ci ilin avqustunda xalq arasında Zeynəb paşa kimi tanınan qadın qadınları ətrafına toplayaraq Təbrizdə möhtəkirlərin taxıl anbarlarını üzə çıxarır və taxılı yoxsullara paylayırdı.

1891-ci ildə Təbrizdə ingilis kapitalisti Talbota qarşı üsyan başladı. Tarixdə bu üsyan “Tənbəki üsyanı” adı almışdır. Əhalinin qətiyyəti nəticəsində ingilis şirkətinin Cənubi Azərbaycanda fəaliyyətinə şah tərəfindən xitam olundu. Təbrizdən sonra bütünlüklə İranda Talbotla bağlanan müqavilə ləğv edildi.

XX əsrin başlanğıcında kəndlilərin feudal istismarı şiddətləndi.Buna səbəb vergilərin artması, İranın Rusiya və İngiltərə müstəmləkəsinə çevrilməsi idi. Bununla əlaqədar olaraq maliyyə sistemiin böhranı güclənmişdir. Hakim dairələrdən narazı olanların sayı artmışdır. Cənubi Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil şəhərlərində əhali ayağa qalxmağa hazır idi.

1905-ci ildə bazarın bağlanması ilə İranda inqilab başlandı. İnqilab iştirakçılarının əsas tələbi məşrutə qəbul olunması, məclis çağırılması, xarici məmurların ölkədən qovulması idi. İnqilab qələbə ilə nəticələndi. Şah konstitusiya haqqında fərman verdi,lakin şahın ölümündən sonra Şah Məhəmməd atasının imzaladığı konstitusiyanı tanımaq istəmədi. Bu isə Təbrizdə hərəkatın genişləndirilməsinə təkan verdi.

1905-1911-ci illər İran inqilabı başlarkən Təbrizdə və bütün Azərbaycanda kütlələri mütləqiyyətə qarşı qaldırmaq , hərakata düzgün istiqamət vermək və onun gedişində rəhbərlik işini həyata keçirmək üçün güclü siyasi təşkilətın yaradılması vacib idi. Təbrizdə sosial-demokrat təşkilatının əsasını qoyan gizli siyasi cəmiyyət və qrupların təşkilatçıları və bütün üzvləri 1905-1911-ci illər inqilabi dövründə «Gizli mərkəz» in ətrafında birləşərəkk misilsiz fədakarlıq göstərdi.

Təbriz sosial –demokrat təşkilatı və Azərbaycan əyalət əncüməni 1907-ci ilin əvvvəllərində başlayaraq əhalinin silah almağa , hərbi təlim keçməyə çağırır və təşviq edirdi. Demokratik əncümənlərin , mübariz kütlələrin etirazı və təzyiqi nəticəsində əksinqilab güzəştə getməyə , Azərbaycan əyalət əncüməni tələblərini qəbul etməyə məcbur oldu. Lakin 1908-ci il iyulun 23-də şah höküməti demokratik qüvvələrə qarşı hücuma keçdi., 300 nəfərdən çox konstitusiyalı həlak oldu. Bir çox vilayətlərdə irtica demokratik qüvvələrə üstün gəldi.

Əksinqilab 1908-ci il 23 iyun çevrilişindən əvvəl Cənubi Azərbaycan vilayətlərində əksinqilabi hərakata başlamışdı. Mir Haşimin başçılığı etdiyi «İslamyyə» əncüməni əksinqilab ocağına çevrilmişdi. Səttərxanın mücahidləri əksinqilab tərəfindən tutulmuş əyalət əncuməni binasını azad etdi, Lakin şahın əmri ilə iyulun 8-də Təbriz üzərinə əlavə qüvvələr göndərildi. İyulun 19-da Bağırxanın başçılığı ilə mücahidlərr şimala hücum edərək oranı əksinqilabdan təmizlədilər. İyulun 18-də sosial demokrat təşkilatlarının başçıları Səttərxanın iştirakı ilə dəstələr şəhərin mərkəz hissəsində bütün damlardan , darvazalardan və məscidlərin ağ bayraqları vurub salaraq, onların yerinə inqilabi hərəkatın davam etdiyini bildirən bayraqlar sancdılar.

Təbriz sosial –demokrat təşkilatı « hərbi şura « yaradaraq siyasi qüvvələrin hərbi cəhətdən təşkilini və nizam intizam işlərini bu şuranın öhdəsinə qoydu. 1908-ci oktyabrın ikinci yarısında etibarən Azərbaycən xalqının mübarizəsində yeni dövr başlandı.

Təbrizdə inqilabın bütün silahlı qüvvələrinə hərbi şura tərəfindən rəhbərlik olunması ilə yanaşı ,»həqiqət» əncüməni Əmirqızın və onun ətraf məhələrinin fədailərini Səttarxanın başçılığı altında, «Qüdrət» əncüməni isə Xiyabani və onun ətraf məhəllərinin fədailərini Bağırxanın başçılığı altında birləşdirmişdi. Lakin Məhəmmədəli şah İranın bütün əyalət və vilayətlərindən silahlı qüvvələr toplayaraq Təbriz üzərinə göndərməkdə davam edirdi.

Hadisələrdən imperialist və işğalçılıq siyasətləri üçün istifadə etməyə cəhd göstərən İngiltərə və Çarizm Təbrizdəki aclığı, sarayla inqilabçılar arasında « sülh» yaratmaq adı altında danışıqlarda Əncümən konstitusiyanın bərpa edilməsi, hərakatda iştirak edənlərin silahlarının alınmaması , hərəkata qoşulanları təqib olunmaması , dövlət qoşunlarının Təbriz ətrafından uzaqlaşhdırılması və Azərbaycan valisinin xalqın razlığı ilə təyin edilməsindən ibarət beş şərt irəli sürdü. Əksinqilab şərtlərlə razılaşdı. Irticanın məqsədi vaxt qazanmaq Təbrizi aclıq yolu ilə ələ kecirməkdən ibarət idi.

1909 – cu ilin axırlarında çar hökümeti Təbrizə və Azərbaycanın digər vilayətlərinə qoşun yeritdikdən sonra şah qoşunlarına qarşı döyüşlər dayandırılsa da Gilan və İsfahanda inqilabçıların fəallaşmasına , onların Tehran üzərinə yürüşə başlayıb əks inqilab azad edilməsinə şərait yaratmış oldu. “Ali məclis” Məhəmmədəli şahın devrildiyini , onun 14 – yaşlı oglu Sultan Əhmяdin şah elan olundugunu bildirdi.

Konstitusiyanın bərpası ugrunda iştirak edən müxtəlif sinif və təbəqələrin mübariz qüvvələri mütləqiyyətə qarşı növbəti qələbələrə qarşı bir-birindən ayrıldılar. İnqilabçı ziyalılar 1909 noyabrın 15-də İran demokratik partiyasını yaradaraq mübariz kütlələri partiya ətrafında toplamaga başladılar.

Təbriz sosiyal – demokrat təşkilatı isə konstitusiya bərpa edildikdən sonra da siyasi və təşkilati fəaliyyətini davam etdirdi. Azərbaycan əyalət əncüməni və bütün inqilabi ictimai təşkilatlara Təbriz sosial – demokrat təşkilatı rəhbərlik edirdi. Tehran höküməti Cənubi Azərbaycandaki inqilab qüvvələrini tərkisilah Тəbrizdən uzaqlaşdırmaga çalışırdı.

1910-cu ildə Səttarxan Tehrana dəvətdən etiraz etsədə aprelin 15-də təklifi qəbul edərək Tehrana yollandı. 1910-cu il iyulun 7-də Senəhdar höküməti istefa verdi. Səttarxan və onun ətrafındakı mücahidlərər qarşı basqın təşkil olundu. 18 nəfər öldü 40 nəfər , o cümlədən Səttərxan yaralandı. 300-ə yaxın fədai həbs olundu. Bununla da inqilabın son səngəri dagıdıldı.

İngiltərə və çarizmin keçmiş şah Məhəmmədəlinin 1911-ci ilin iyulynda İrana qayıtmasına şərait yaratmasına ölkədə siyasi vəziyyət yenidən gərginləşdi. 1911-ci ilin avqustun 24-dən əksinqilab qüvvələri Təbriz üzərinə hücuma keçdi. Döyüşlər dekabrın 20-dən 26-na dək davam etdi. Əyalət Əncüməni və hərəkat başcıları qüvvələrin qeyri bərabər oldugunu nəzərə alaraq döyüşü dayandırdılar. Şəhər çar qoşunları tərəfindən tutuldu. 1912-ci ilin ilk aylarinda İngiltərə və çarizmin silahlı qüvvələrinin müdaxiləsi nəticəsində İranın inqilab mərkəzləri də dagıdıldı, inqilabçılara divan tutuldu.

Cənubi Azərbaycanda 1905-ci il hərəkatı feodal quruluşuna və bu quruluşun təcəssümü olan Qacar sülaləsinə zərbə vursa da, İrana konstitusiya versə də zəhmətkeş xalqın həyatında gözə çarpacaq bir dəyişiklik yarada bilmədi. Cənubi Azərbaycanın geniş xalq kütlələrinin qabaqcıl nümayəndələrinin həyatı bahasına əldə olunmuş müvəffəqiyyətlərindən şah hakimiyyətinin məhdudlaşdırılması hesabına özləri üçün bəzi siyasi hüquqlar əldə etmiş mülkədarlar, ruhanilər və burjualar bəhrələndi. Geniş kütlə – orta təbəqələr, xüsusilə fəhlə və kəndlilər əvvəllərdə olduğu kimi istehsal vasitələrindən məhrum olmaqla yanaşı demokratik hüquqlara malik deyildilər.

XIX əsrin ikinci yarısında, xüsusilə əsrin sonlarında İranın dünya bazarına geniş şəkildə cəlb olunması gələcəkdə bütün ölkədə, o cümlədən Cənubi Azərbaycanda ticarət əkinçiliyi və ticarət maldarlığı daha da genişləndi. Ticarət əkinçiliyi və ticarət maldarlığının, başqa sözlə desək, kənd təsərrüfatının əsas sahələrində əmtəə istehsalının artması və ölkənin dünya bazarına cəlb olunması Cənubi Azərbaycanda natural təsərrüfatın dağılmasına, kəndlilər içərisində təbəqələşmənin artmasına və onların istehsal vasitələrindən getdikcə daha çox məhrum olmasına gətirib çıxarırdı. Cənubi Azərbaycan kəndində baş vermiş bu yeniliklər nəticəsində aqrar münasibətlərdə, torpaq üzərindəki feodal torpaq mülkiyyətində müəyyən dəyişikliklər baş vermişdi. Bu dəyişikliklərin əsasını torpaq üzərində xüsusi mülkiyyətin başlıca mülkiyyət formasına çevrilməsi təşkil edirdi.

Cümşüdlü Vüqar

Uçot-iqtisad fakültəsi

Qrup 400

Qeyd: Məqalədən istifadə zamanı istinad zəruridir

Categories: Azərbaycan, Tariximiz
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: