Bayatılar

Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. Yeddiheçalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, içtimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.

Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır.

Bayatı həm də Azərbaycan lirik xalq mahnı janrıdır. Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır .
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:

Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.

Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, “Mən aşiq”, “Mən aşiqəm”, “Əzizinəm”, “Eləmi” sözləri ilə başlanır.

Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.

Mən aşiq sini, sini,
Doldur iç sini, sini.
Mənə öz yarım gərək,
Nəylirəm özgəsini?

Eləmi yada məni
Satdılar yada məni
Kimim, kimsənəm yox,
Bir salsın yada məni

Bayatıların bir növü cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulur. Məsələn;

Əzizim yasəməni,
Dərmişəm yasəməni.
Getdin, arxaya baxdın,
Batırdın yasa məni

Burada “yasəməni” və “yasa məni” sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır. Yaxud:

Ordubada,
Yol gedir Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.

Bayatı janrından yazılı ədəbiyyatda da istifadə olunmuşdur. Xətai və Əmaninin yaradıcılığında bayatılar diqqəti cəlb edir. XXII əsr müəllifi Sarı Aşığın bayatıları xüsusilə məşhurdur.

 

Qaya tək buzlar gördüm,
Göydə ulduzlar gördüm,
Anasına oxşayan
Qoçaq, mərd qızlar gördüm.

***

Dağların qaşı sənsən
Dibinin daşı sənsən.
Eldə neçə igid var,
Hamının başı sənsən.

***

Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar.

***

Xəncər üstə qaş gəlir,
Qoşun başa-baş gəlir,
Qoşuna qurban olum,
İçində qardaş gəlir.

***

Gətir sazını, qardaş,
Pozma yazını, qardaş,
Böyü, ol qoçaq igid,
Çəkim nazını, qardaş. 

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: