Home > Azərbaycan, Tariximiz > Güney Azərbaycan: tarixi və kulturoloji müstəvidə (I.Hissə)

Güney Azərbaycan: tarixi və kulturoloji müstəvidə (I.Hissə)

guney azerbaycan

XIX əsr ingilis Şərqşünası Eduard Braun yazmışdır ki, İranın Cənubu və

şimalı arasında sakin olmuş irqlər arsında o qədər də əlaqə və məhəbbət yoxdur.

Bu onu göstərir ki, Güney Azərbaycanda sakin azərbaycanlılar arasında fars

şovinizminin ayrı-seçkilik salmalarını gündəlik həyatlarında hiss edirlərsə, İranın

digər şəhərlərində yaşayan azərbaycanlılar bilavasitə bu ayrı-seçkiliyi gündəlik

həyatlarında, uşaq bağçasından tutmuş, ibtidai, orta, ali məktəblərdə, idarələrdə

şahidi olurlar.

Ərəb istilasından sonra XI əsrdən 1925-ci ilə qədər İranda hakimiyyətdə

türkdillilər olmuşlar. Min il ərzində həmin türkdilli hakimlər farsdilli və

irandillilərin mədəniyyətinin inkişafında mühüm rol oynamışlar. Sultan Mahmud

Qəznəvinin sifarişi ilə Firdovsi “Şahnamə” əsərini yazmışdır. Digər tərəfdən,

türkdilli əhali islam dinini qəbul etdikdən sonra belə ərəb və fars dillərinin təsiri

altına düşməyib, öz dil, adət-ənənələrini unutmadılar. Lakin XX əsrin otuzuncu

illərindən başlayaraq “vahid İran”, “vahid millət”, “vahid dil”, “İran milləti”, “İran

müsəlman milləti”, başqa sözlə, paniranizm, panislamizm, İranın rəsmi dövlət

siyasətinə çevrildi. Bu siyasəti fars şovinizmi ilə yanaşı, farslaşmış, sapı

özümüzdən olan baltalar – Seyid Həsən Təqizadələr, Seyid Əhməd Kəsrəvilər,

Rzazadə Şəfəqlər, Məmmədcavad Məşkurlar, Əbdüləli Karənglər, Mahmud və İrəc

ƏfŞarlar, Mənüçöhr Mortəzəvilər və sairləri davam etdirdilər. Paniranistlər Iranı

fars məmləkəti, Iranda yaşayan xalqları “Iran milləti”, “Iran ümməti” kimi, fars

dilini isə Iranın vahid dili etmiş və edirlər, başqa dilləri, hətta Azərbaycan dili ilə

yanaşı kürd, talış, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri yasaq etmişlər.

Məktəb, mədrəsə və idarələrdə fars dilində danıŞmayanlar cəzalandırılırdı. Bu

siyasət 54 il Şahlıq dövründə, hətta 1979-cu il fevral inqilabının qələbə

çalmasından keçən 24 il ərzində panislamizm formasında davam etdirilir.

Panislamist pərdəsi altında millət və milliyyət inkar edilir, bütün millətlərin islam

dini altında eyni hüquqa malik “islam ümməti” adlandırılır. Din qədər dil də zəruri

amildir.

Hakim fars Şovinizmi və üzdəniraq bəzi azərbaycanlı tarixçilər iddia edirlər

ki, Iranın çoxmillətli ölkə olması ideyası Iranda kommunist partiyası, sonralar isə

onun varisi Iran Xalq Partiyası tərəfindən irəli sürülmüşdür. Halbuki, Iranda milli

məsələnin həll edilməsi uğrunda mübarizənin yüz ilə yaxın tarixi vardır. O vaxt

Iranda nə kommunist partiyası, nə də Iran Xalq partiyası mövcud idi.

Azərbaycan türkləri Irana hökmranlıq etdiyi vaxt, xüsusilə Nəsrəddin Şah

dövründə (1848-1896) Azərbaycan dilinə qarşı bu biganəlik milliyyətcə fars olan

Rza Şah 1925-ci ildə hakimiyyətə keçəndən sonra da davam etdirildi. Təsadüfi

deyildir ki, XIX əsr ingilis tarixçisi Eduard Boraun yazmışdı ki, Iranın Cənubu ilə

şimalı arasında sakin olmuş irqlər arasında o qədər də əlaqə və məhəbbət yoxdur.

Bu da Iran dövlətinin iki müsəlman qardaş olan fars-türk arasında ayrı-seçkilik

siyasəti yürütməsinin nəticəsidir.

MƏNBƏ: Prof.dr. Vaqif Sultanlı “Güney Azərbaycan: tarixi və kulturoloji müstəvidə”

Categories: Azərbaycan, Tariximiz
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: